Вернуться назад Распечатать

Bağdad Hava Limanı və ətrafına raketlər atılıb

Bağdad Beynəlxalq Hava Limanı və onun ətrafı raket zərbələrinə məruz qalıb. Beş raket zərbəsi nəticəsində baş verən partlayışlarda hava limanının dörd əməkdaşı və təhlükəsizlik işçisi, eləcə də bir mühəndis müxtəlif dərəcəli xəsarətlər alıb.

1xeber.media İraq Xəbər Agentliyinə istinadla xəbər verir ki, hücum yerli vaxtla saat 19:00-da baş verib.

Hadisədən dərhal sonra təhlükəsizlik qüvvələrinin həyata keçirdikləri axtarış tədbirləri nəticəsində raketlərin buraxıldığı qurğu paytaxt Bağdadın qərbində yerləşən Rədvaniyyə bölgəsində nəqliyyat vasitəsinin içində gizlədilmiş vəziyyətdə aşkar edilib.