Azərbaycan Televiziyasının (AzTV) kollektivinə ağır itki üz verib.
1xeber.media xəbər verir ki, qurumda Beynəlxalq Radionun direktor müavini Bahadur Nəsirov vaxtsız dünyasını dəyişib.
38 yaşlı B.Nəsirov bu gün səhər saatlarında qəfil keçinib. Onun ölüm xəbərini həmkarı Sevinc İsmayılqızı ictimaiyyətə çatdırıb.
Mərhumun bir azyaşlı övladı yadigar qalıb.
Allah rəhmət eləsin.