Вернуться назад Распечатать

Azərbaycan regional diplomatik mərkəz kimi mövqeyini daha da qətiləşdirir

“Uzun illərdir keçirilən Qlobal Bakı Forumu qlobal problemlərin təhlili, siyasi dialoqun
təşviqi və beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm strateji platforma
statusunu qazanıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunan bu
tədbirlər müasir çağırışların həllinə və qlobal əməkdaşlığa əhəmiyyətli töhfələr verir. Martın 12-
də işə başlayan və ayın 14-dək davam edəcək “Keçid dövründə olan dünyada fikir
ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda da dünyanın
müxtəlif regionlarından olan nüfuzlu siyasi xadimlər, o cümlədən fəaliyyətdə olan və sabiq
prezidentlər, Baş nazirlər, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər qlobal
təhlükəsizlik, güc tarazlığı, beynəlxalq hüquq, nəqliyyat, enerji, şəhərsalma, rəqəmsallaşma,
inklüziv inkişaf məsələlərini müzakirə edir, nəzərdən keçirir və araşdırır. Bu mənada, XIII
Qlobal Bakı Forumu beynəlxalq münasibətlərin və çoxtərəflilik sistem quruluşunun gərginlik
altında olduğu bir dövrdə qlobal müzakirə platforması kimi xüsusi əhəmiyyətə malikdir”.
Qlobal Bakı Forumunun əsas məqsədi qlobal idarəetmə, təhlükəsizlik, enerji, iqlim və
beynəlxalq əməkdaşlıq kimi mövzular üzrə müzakirələr aparmaqdır: “Bu forum xüsusilə
çoxqütblü dünya sisteminə keçid dövründə – RusiyaUkrayna müharibəsi, Yaxın Şərq xaosu,
enerji təhlükəsizliyi böhranı və qlobal geosiyasi rəqabət fonunda beynəlxalq diplomatik
platforma kimi əhəmiyyət qazanır. Analitik mərkəzlərin hesabatlarında da qeyd olunur ki, bu
cür qeyri-rəsmi diplomatik forumların qlobal siyasətdə rolu getdikcə artır. Bu mənada, müxtəlif
geosiyasi blokların nümayəndələrini, o cümlədən Qərb dövlətlərinin, qlobal Cənub ölkələrinin
və beynəlxalq təşkilatların təmsilçilərini bir araya gətirən Qlobal Bakı Forumu qeyri-formal
diplomatiya üçün mühüm platforma yaradır. Müasir dövrdə rəsmi diplomatik kanalların
gərginləşdiyi şəraitdə belə forumlar fikir mübadiləsi və risklərin azaldılması üçün istifadə
olunur. Eyni zamanda, qlobal idarəetmə problemlərinin müzakirə olunduğu Qlobal Bakı
Forumu Azərbaycanın diplomatik mövqeyini də gücləndirir. Forum vasitəsilə Azərbaycan
regional diplomatik mərkəz kimi mövqeyini daha da qətiləşdirir, Avrasiya enerji və nəqliyyat
layihələrində rolunu təqdim edir. multilateral diplomatiya strategiyasını genişləndirir. Bu,
xüsusilə də özünü Orta Dəhliz, enerji təhlükəsizliyi və regional əməkdaşlıq kontekstində
əhəmiyyətlidir.
“Avrasiya regionu üçün mühüm dialoq mərkəzinə çevrilən Qlobal Bakı Forumu yeni
diplomatik tərəfdaşlıqlar üçün də platforma rolunu oynaya bilər. Bakı qlobal siyasət
forumlarının regional mərkəzinə, Qlobal Bakı Forumu isə Davos və Münhen Təhlükəsizlik
Konfransı kimi platformalara bənzər strateji dialoq platformasına çevrilməkdədir.
Murad Cuşkunov,
Sabirabad RİH başçısının Axısxa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi