Beynəlxalq münasibətlər sistemində güclü ölkə olan Azərbaycanın uğurlarının əsasında
uzaqgörən və praqmatik xarici siyasət strategiyası dayanır. Azərbaycanın dinamik inkişafı,
bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq
müstəvidə yüksək qiymətləndirilir. Bu gün ölkəmizin bir sıra beynəlxalq qurumlarda, sadəcə,
üzv dövlət kimi deyil, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından
iştirakı, əlbəttə ki, cəkisinin göstəricisidir. Cox vacib beynəlxalq forumlara və tədbirlərə ev
sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verən Azərbaycan Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar
Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri yüksək səviyyədə keçirməklə, dünyanın
diqqətində olur. Sözsüz ki, bu cür tədbirlərlə xalqlar və dövlətlər arasında əməkdaşlığa xidmət
edir.
Paytaxt Bakımızda Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin təşkilatçılığı ilə kecirilən “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan
qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu regionda aparıcı aktora çevrilən
Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol
oynadığını bir daha ortaya qoyur.
Forumunun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev deyib: Nizami
Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox
məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir. Dövlətimizin başçısı
bildirib ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin
formalaşmasında bu təşkilatın böyük rolu var.
Ölkə rəhbəri qeyd edib ki, bu forumun gündəliyi genişdir, bir çox məsələləri əhatə edir.
Əminəm ki, müzakirələr zamanı diqqət məhz bizim regionumuzda, dünyadakı vəziyyətə
yönələcəkdir. Dövlətimizin başçısı deyib ki, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir
ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu,
olmadan bütün başqa səylər mənasızdır.
Ölkə başçısının çıxışında təklükəsizlik məsələlərinə xüsusi toxunularaq qeyd edilib ki,
təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq bir nömrəli məsələ olub.
Suverenliyimiz, ərazi bütövlüyümüzün bərpasının gündəliyimizin əsas yerində dayandığını
söyləyən dövlətimizin başçısı qeyd edib: “Hazırda cəmi 7 aydır ki, biz sülh şəraitində
yaşayırıq. Bu, bir daha onu göstərir ki, güclü siyasi iradə var, sülh və ədalət sahəsində bir
sadiqlik var”.
Sülh şəraitində yaşamaq, ümumiyyətlə, qlobal səviyyədə unikal bir təcrübə olduğunu
bildiriən cənab Prezident qeyd edib ki, milyonlarla insan etnik təmizləməyə məruz qalır. 30 il
ərzində ərazimizin 20 faizi işğal altında oldu. “Biz bu gün beynəlxalq diqqətin
çatışmamasından əziyyət çəkirik”, – deyən dövlətimizin başçısı əlavə edib ki, münaqişə ilə
məşğul olmalı olan bəzi beynəlxalq iştirakçıların selektiv yanaşmasının şahidiyik.
Bütün beynəlxal tədbirlərdə çıxışı zamanı hər zaman olduğu kimi Prezident İlham
Əliyev Ermənistanla münasibətlərə toxunub. Bildirib ki, Ermənistanla sülh yalnız kağız
üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı.
Lakin bizdə sülh yerində hiss olunur. Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin
olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz müxtəlif istiqamətlərdən bütün
yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla
ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”.
Ümumilikdə isə, XIII Qlobal Bakı Forumu ölkəmizin beynəlxalq nüfuzunun artmasında
növbəti uğurlu addım olmuşdur.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru