Вернуться назад Распечатать

Almaniya Hörmüz boğazında gəmilərin qorunması missiyasında iştirak etməyəcək

Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan Vadeful ölkəsinin Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyini təmin etmək üçün yaradılan beynəlxalq missiyada iştirakını istisna edib.

“Biz tezliklə bu münaqişənin fəal iştirakçısı olacağıqmı? Xeyr. Biz bu münaqişədə iştirak etməyəcəyik. Hörmüz boğazında təhlükəsizliyi yalnız İranla danışıqlar yolu ilə təmin etmək mümkündür. ‘Aspides’ əməliyyatı indiyədək gözlənilən nəticələri verməyib. Ona görə də mən ‘Aspides’in Hörmüz boğazında daha böyük təhlükəsizlik təmin edə biləcəyinə çox şübhə ilə yanaşıram”, – deyə o əlavə edib.