Вернуться назад Распечатать

İki həftədə 10 milyard dollar...

İki həftədə 10 milyard dollar: Zelenski Yaxın Şərqdəki münaqişədən Rusiyanın qazancı barədə.

1xeber.media b-nın məlumatına görə,Ukrayna prezidenti öz Teleqram kanalında paylaşdığı məlumatda bildirib ki, Yaxın Şərqdəki münaqişənin ilk iki həftəsində Rusiya təxminən 10 milyard dollar gəlir əldə edib və bu, Rusiya hakimiyyətini Ukraynaya qarşı hərbi əməliyyatları davam etdirməyə həvəsləndirən amildir.
Zelenski vurğulayıb ki, İran ətrafındakı münaqişə Rusiya rəhbərliyinə əhəmiyyətli gəlir gətirir, Rusiyaya qarşı sanksiyaların yumşaldılması isə buna əlavə şərait yaradır.
Prezidentin sözlərinə görə, ABŞ və AB-nin bütün sanksiyaları, eləcə də Ukraynanın Rusiyanın enerji infrastrukturuna endirdiyi zərbələr nəticəsində 2026-cı ildə Rusiya 100 milyard dollardan çox kəsirlə üzləşmişdi. Lakin indi İranla bağlı vəziyyət və məhdudiyyətlərin yumşaldılması sayəsində Rusiyanın gəlirləri artmaqdadır.
“İndi görürük ki, onlar Yaxın Şərqdəki müharibənin iki həftəsi ərzində təxminən 10 milyard dollar qazanıblar. Bu, həqiqətən təhlükəlidir. Bu, (Rusiya prezidenti Vladimir) Putinə müharibəni davam etdirə biləcəyinə dair daha çox inam verir”, - deyə Zelenski yekunlaşdırıb.