1xeber.media xəbər verir ki, ABŞ-ın Yeni Dehliyə neft almağa icazə verməsindən sonra Hindistana ixrac edilən Rusiya Urals neftinin qiyməti rekord həddə çatıb.
O, Argus Media məlumatlarına istinadən bildirib ki, 13 martda Hindistanın qərb sahillərində Urals neftinin qiyməti bir barel üçün 98,93 dollar olub. Bu qiymət, çatdırılma xərcləri də daxil olmaqla, Rusiyanın Ukraynada hərbi əməliyyatların başlamasından sonra neft ixracını bu Asiya ölkəsinə yönəltməsindən bəri ən yüksək qiymətdir.
Yaxın Şərqdəki vəziyyət Urals neftinin qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub. Nəticədə, ötən həftənin sonunda Hindistan limanlarına göndərilən Rusiya xam neftinin endirimi bir barel üçün 4,80 dollara qədər azalıb.