Вернуться назад Распечатать

İrandan Azərbaycana təxliyə davam edir - YENİLƏNİB

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

1xeber.media xəbər verir ki, növbəti təxliyə zamanı 3 Əlcəzair, 2 Avstraliya və 4 Hindistan vətəndaşı sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.

Təxliyə olunan vətəndaşlar müvafiq sənəd yoxlanışı və digər prosedurların yerinə yetirilməsindən sonra aidiyyəti qurumların nəzarəti altında sərhəd-keçid məntəqəsindən buraxılıblar.

*** 12:06

İrandan bu gün 00:00-12:00 aralığında 1-i uşaq olmaqla 4 Azərbaycan vətəndaşı təxliyə edilib.

1xeber.media xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.