1xeber.media xəbər verir ki, İran tərəfindən bağlanmış Hörmüz boğazının açılması və Yaxın Şərqdə naviqasiya azadlığının bərpası asan olmayacaq.
"Bu, asan məsələ deyil. (...) Buna görə də, biz bütün müttəfiqlərimizlə, o cümlədən Avropa tərəfdaşlarımızla birlikdə regionda naviqasiya azadlığını mümkün qədər tez bərpa edəcək və iqtisadi təsirləri azaldacaq real, birgə plan hazırlamaq üçün çalışırıq", - deyə o qeyd edib.
Eyni zamanda, Starmer boğazın açılması planının NATO-nu əhatə etməyəcəyini vurğulayıb.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və Yaxın Şərqdəki vəziyyətdən təsirlənən digər ölkələri Hörmüz boğazına hərbi gəmilər göndərməyə çağırıb.