Avropa Birliyi (AB) üzv dövlətləri Rusiya nefti daşıyan tankerlərə qarşı daha sərt tədbirlər görməlidirlər.
1xeber.media xəbər verir ki, bu çağırışı Avropa diplomatiyasının rəhbəri Kaja Kallas edib.
"Rusiyanın "kölgə donanmasına" artan təzyiq bizim sahib olduğumuz ən yaxşı vasitələrdən biridir. Mən Fransa, Belçika və İsveçin saxta bayraqlı tankerləri yoxladığına və saxladığına görə onları alqışlayıram", - Kallas deyib.
Daha əvvəl bildirilirdi ki, Böyük Britaniya Rusiya kölgə donanmasına məxsus ələ keçirilmiş tankerlərdən neft satmağı düşünür. Məlumata görə, London bu addımı bu tankerləri saxlamağın baha başa gəlməsi səbəbindən nəzərdən keçirir.