Günəş fəallığı eyni tempdə davam edib.
Bu barədə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Qurum kosmik hava durumunu və proqnozunu açıqlayıb.
“Günəş səthində ləkələrin sayı azalaraq 6 ləkə qrupunda 97 ləkə müşahidə olunur. Hesabat dövründə Günəş küləyinin sürəti artaraq 583 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 13 nT, radial istiqamətdə isə -10 nT olub. Hazırda Günəş küləyinin sürəti 404 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9.61 nT, radial istiqamətdə isə -4.76 nT təşkil edir. Kp indeksi 1.33-ə bərabərdir və kosmik hava sakitdir. Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit-aktiv səviyyələrdə olub, geomaqnit qasırğası baş verməyib”.
Rəsədxanadan bildirilib ki, 16-22 dekabr tarixlərində C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir:
“Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir. Günəş küləyinin sürətinin 18 dekabradək müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə sürətlənəcəyi gözlənilir. Həmçinin 13-14 dekabrda baş vermiş TKA təsiri ola bilər. Geomaqnit sahəsinin müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının və 13-14 dekabrda baş vermiş TKA-ın təsiri ilə sakit-aktiv səviyyələrdə olacağı gözlənilir”.
sfera.az