Вернуться назад Распечатать

Pakistan Kabildə narkotik asılılığı olanlar üçün xəstəxanaya zərbə endirilməsi iddialarını təkzib edib

Pakistan Kabildə narkotik asılılığı olanlar üçün xəstəxanaya zərbə endirilməsi iddialarını təkzib edib 

1xeber.media xəbər verir ki,bu barədə Reuters məlumat yayıb.

Pakistanın informasiya naziri Attaullah Tarar bu ittihamları “yanlış və çaşdırıcı” adlandırıb.
Onun sözlərinə görə, Pakistan Hərbi Hava Qüvvələri yalnız “hərbi obyektlərə və terrorçu infrastruktura dəqiq zərbələr” endirib. Nazir əlavə edib ki, sonradan baş verən partlayışlar həmin ərazilərdə sursat anbarlarının mövcudluğunu göstərir.
Pakistanın baş naziri Şahbaz Şərif isə bildirib ki, əməliyyat “məcburi və son dərəcə zəruri addım” olub və Əfqanıstanda gizlənən terrorçulara qarşı yönəlib.