Вернуться назад Распечатать

Möctəba Xameneinin ali lider seçilməsini kim lobbiləşdirdi?

Möctəba Xameneinin ali lider seçilməsini kim lobbiləşdirdi

1xeber.media xəbər verir ki,“The New York Times” nəşrinin məlumatına görə, Möctəba Xameneinin İranın yeni ali lideri seçilməsində həlledici rolu onun mərhum atası, ayətullah Əli Xameneinin rəhbərliyi altında onilliklər boyu fəaliyyət göstərmiş İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirləri oynayıb.
Amerika nəşrinin ətraflı hesabatına əsasən, öldürülmüş ayətullahın oğlunun hakimiyyətə gəlməsini təmin edən əsas fiqurlar bunlar olub:
 Əhməd Vahidi (faktiki olaraq SEPAH-ın baş komandanı)
 Məhəmməd Əli Cəfəri (SEPAH-ın sabiq baş komandanı)
 Hüseyn Taib (SEPAH-ın kəşfiyyat təşkilatının sabiq rəhbəri)
 Məhəmməd Baqir Qalibaf (parlament spikeri, SEPAH-ın keçmiş komandiri)
SEPAH-ın “köhnə qvardiyası”nı təmsil edən bu şəxslər ABŞ və İsraillə sərt qarşıdurmanın davam etdirilməsini istəyən “şahinlər” düşərgəsinin əsas aparıcı qüvvəsi kimi çıxış ediblər. Onların başlıca məqsədi hakimiyyəti radikal establişmentin əlində saxlamaq və məhz Möctəbaya ставка etmək olub.
Onlara qarşı isə Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi mülayim qanad çıxış edib. Bu düşərgə gərginliyi azaltmağa qadir fiqurların - İslam Respublikasının banisinin nəvəsi Həsən Xomeyni və sabiq prezident Həsən Ruhani kimi namizədlərin irəli sürülməsini təklif edib.
Hərbi şəraitdə və zərbə təhlükəsi səbəbindən virtual formatda keçirilən seçki prosesi misli görünməmiş təzyiqlərlə müşayiət olunub. Ekspertlər Şurasının 88 üzvünün “inandırılmasında” əsas rolu Hüseyn Taib oynayıb - o, şəxsən hər bir üzvlə əlaqə saxlayaraq, öldürülmüş liderin oğluna səs verməyin “mənəvi, dini və ideoloji borc” olduğunu vurğulayıb.
Qarşıdurmanın kulminasiya nöqtəsi mülayimlərin Əli Xameneinin guya hakimiyyətin irsi ötürülməsinə qarşı çıxdığını əks etdirən yazılı vəsiyyətnaməni təqdim etməsi olub. Lakin buna baxmayaraq, SEPAH-ın təzyiqi altında keçirilən təkrar səsvermədə 8 mart tarixində Möctəba Xamenei 88 səsdən 59-nu toplayaraq yeni lider elan edilib.
Bu hadisə açıq şəkildə göstərir ki, İran inqilabının ilk nəsli və SEPAH-ın uzunillik rəhbərləri son illərdəki zərbələrə baxmayaraq, ölkədə hakimiyyətin əsas rıçaqlarını hələ də nəzarətdə saxlayır