Вернуться назад Распечатать

Məcid Əliyevin 10 min manatlıq lift xərci...

Şəki Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi Liftlərə texniki dəstək xidmətinin satınalınmasını həyata keçirir.

1xeber.media xəbər verir ki,32gun.az-ın məlumata görə, bu satınalma üzrə ehtimal olunan qiymət 9.817,60 AZN məbləğində müəyyən edilib.

Xidmət çərçivəsində liftlərin dövri texniki müayinəsi, aşınmış hissələrin vaxtında müəyyən edilərək təmiri və profilaktik baxış işlərinin icrası planlaşdırılır. 

Hazırda satınalma prosesi davam edir.