Вернуться назад Распечатать

Bu orqanların istintaq idarələri birləşdirilir

Yaxın zamanlarda Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin  tabeçiliyində olan istintaq idarələri ləğv ediləcək.

1xeber.media xəbər verir ki,Gununsesi.info--nun hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, hər iki qurumun ləğv edilən istintaq idarələri  müstəqil Vahid İstintaq Orqanı kimi yenidən formalaşdırılacaq.

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinin tabeçiliyində Əməliyyat-İstintaq Baş İdarəsi, Vergi Xidmətinin tabeçiliyində isə Vergi Cinayətlərinin İbtidai Araşdırmalar Departamenti  fəaliyyət göstərir.