1xeber.media xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva ABŞ embarqosu fonunda Kubaya bütün mümkün yardımı göstərməyə hazırdır.
Kreml sözçüsü bildirib ki, "Biz Rusiya olaraq bütün mümkün yardımı göstərməyə hazırıq. Bütün bu məsələlər kubalı həmkarlarımızla müzakirə olunur".
Peskov bildirib ki, Kuba hazırda ciddi humanitar problemlərlə üzləşir. Moskva Havana ilə ekspert və işçi səviyyələrində əlaqə saxlayır.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin Kubaya qarşı yeni sanksiyaları qəbuledilməz hesab etdiyini bildirib. Rusiya liderinin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı mövqeyi "açıq, aydın və birmənalıdır".