Вернуться назад Распечатать

Həkim deputatın yadına saldı: “Əvvəl evin içi, sonra çölü”

“İllərdir yerli həkimlərin işlə təmini məsələsindən danışırıq, ancaq çarə edilmir. Əlbəttə, dünyanın hər yerində belədir birinci növbədə milli kadrlara fikir verilməlidir”.

1xeber.media pravda.az-a istinadla xəbər verir ki, bunu həkim-radioloq Aydın Əliyev deyib.

O, deputat Azər Badamovun qonşu ölkələrdən gələn həkimlərin işlə təminində yaranan problemlərlə bağlı çıxışına münasibətdə bildirib.

A. Əliyevin sözlərinə görə, ilk olaraq Azərbaycandakı həkimlər işlə təmin edilməlidir:

“Bütün həkimlərimiz işlə təmin ediləndən sonra xaricdən dəvət etsinlər. Kadrlarımızı yerləşdirməmiş onlara iş verilməsi… Xaricdən gələn həkimlər yerli həkimlərə verilən məvacib müqabilində işləmir, onlara daha çox pul ödənilir. Hansısa özəl klinika dəvət edirsə, bu, başqa məsələ. Ancaq dövlət səviyyəsində, ilk növbədə, yerli kadrlara üstünlük verilməlidir. Yerli kadrların təkmilləşməsi üçün işlər görülməlidir. Necə deyərlər, əvvəl evin içi,  sonra çölü”.