İranın yeni Ali Lideri Ayətullah Müctəba Xameneinin müalicə üçün Rusiyaya gəlişi ilə bağlı xəbərlər yalandır.
1xeber.media xəbər verir ki, İranın Moskvadakı səfiri Kazım Cəlali sosial mediada bildirib.
Diplomat yazıb: "İnqilabın Ali Liderinin müalicə üçün Rusiyaya köçürülməsi xəbəri yeni psixoloji müharibə kampaniyasıdır. İran liderlərinin sığınacaqlarda qaçıb gizlənməyə ehtiyacı yoxdur; onların yeri küçələrdə, xalqın arasındadır".
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Müctəba Xameneinin müalicə üçün Moskvaya gəlişi ilə bağlı xəbərlərə münasibət bildirməyəcəyini bildirmişdi.
Küveytin "Əl-Cəridə" nəşri bir mənbəyə istinadən İranın yeni Ali Liderinin yüksək məxfi əməliyyat çərçivəsində Rusiya hərbi təyyarəsi ilə Moskvaya təxliyə edildiyini bildirmişdi.