1xeber.media yerli KİV istinadla bildirir ki,son bir neçə gündə İsrail hərbi kəşfiyyatı (AMAN) Əli Laricaninin gizli mənzili haqqında mühüm məlumatlar toplamağa nail olub. Müharibə başladıqdan sonra o, gizli fəaliyyətə keçmişdi və demək olar ki, ictimaiyyət arasında görünmürdü.
Dünən nadir “imkan pəncərəsi” yaranıb. İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Tehran ətrafındakı gizli mənzilində aşkar edilib və AMAN onun orada olduğuna dair təsdiq alıb.
Qısa müddət ərzində ləğvetmə əməliyyatı təsdiqlənib. Gecə saat 01:50-də Hərbi Hava Qüvvələrinin qırıcıları yüksək dəqiqlikli bombalar atıb - zərbə birbaşa mənzilə endirilib və Laricani öldürülüb. “Kan”ın məlumatına görə, İsrail əməliyyatı ABŞ-ın iştirakı olmadan, öz qüvvələri ilə həyata keçirib. Bundan əvvəl ləğvetmə hava şəraiti və digər amillər səbəbindən təxirə salınmışdı.
“İran İnternational”ın məlumatına görə, Laricani ilə birlikdə xüsusi köməkçi vəzifəsini tutan oğlu və İran Milli Təhlükəsizlik Şurasındakı müavini Əli Batani də həlak olub.