Вернуться назад Распечатать

Elşən Salahov Şüvəlan sakinləri ilə görüşdü

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə qəsəbələrdə sakinlərlə keçirilən səyyar görüşlər davam etdirilir.

1xeber.media xəbər verir ki,Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun 17 mart  2026-cı il tarixində Şüvəlan qəsəbəsi Gənclər evində sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.

Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri eləcə də rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tədbir zamanı vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumlara konkret tapşırıqlar verilmişdir.