Вернуться назад Распечатать

Pezeşkian Laricaninin ölümünə görə ağır qisas alacağına söz verib

İranın dövlət başçısı Məsud Pezeşkian Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricaninin İsrail tərəfindən məhv edilməsinə kəskin reaksiya verib. Prezident baş vermiş hadisəni ölkənin suverenliyinə və təhlükəsizlik sisteminə qarşı bağışlanmaz bir cinayət adlandırıb.

1xeber.media-nın məlumatına görə,Pezeşkian öz bəyanatında vurğulayıb ki, bu itki cavabsız qalmayacaq və “sionist rejim” etdiyi bu əmələ görə peşman olacaq. O, həmçinin qeyd edib ki, İranın cavab zərbəsi gözlənilməz və sarsıdıcı amil olacaq.