Вернуться назад Распечатать

Kuba prezidenti Trampın hədələrinə cavab verdi

Kuba prezidenti Migel Dias-Kanel ABŞ-ın ölkədəki hakimiyyəti güc yolu ilə devirmək hədələrinə cavab olaraq, Amerikanın keçilməz müqavimətlə qarşılaşacağını bəyan edib.

ABŞ-ın demək olar ki, hər gün Kubadakı hakimiyyəti devirməklə hədələdiyini bildirən dövlət başçısı, ən pis ssenari baş verəcəyi təqdirdə Vaşinqtonun ciddi müqavimətlə üzləşəcəyini vurğulayıb.
“Onlar ölkəni, onun resurslarını, əmlakını və hətta iqtisadiyyatını ələ keçirmək niyyətində olduqlarını bəyan edirlər. Bizi təslim olmağa məcbur etmək üçün iqtisadiyyatımızı boğmağa çalışırlar. Bütün əhaliyə qarşı kollektiv cəza amili kimi aparılan amansız iqtisadi müharibəni yalnız bu cür izah edə bilərik” - deyə Dias-Kanel “X” sosial şəbəkəsində yazıb.