Вернуться назад Распечатать

İsraildən Müctəba Xamenei açıqlaması

İsrail ordusu İranın yeni ali lideri Müctəba Xameneini "ovlayıb zərərsizləşdirəcəyi" ilə hədələyib.

1xeber.media AFP agentliyinə istinadən xəbər verir ki, silahlı qüvvələrin sözçüsü, briqada generalı Effie Defrin jurnalistlərə bildirib:

“Biz Müctəba Xamenei haqqında heç nə bilmirik, onu eşitmirik, görmürük, amma sizə bir şey deyə bilərəm: onu tapacağıq, zərərsizləşdirəcəyik".

İran bundan əvvəl Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümünü təsdiqləyib.