Вернуться назад Распечатать

Milyonların dövr elədiyi AMEA-da "DİLƏNÇİ PAYI "...

"Axır çərşənbə bayramı?! AMEA rəhbərliyi Həmkarlar xətti ilə əməkdaşlara 1 kg düyü, 1 ədəd İran xurması, 1 ədəd Albeni plitka şokoladı verib, o da əməkdaşların hər ay ödədikləri üzvlük haqqı hesabına. Bəs dövlətin ayırdığı milyonlar hanı?.."

1xeber.media  xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.
O daha sonra fikrini belə davam etdirir: "Bu arada AMEA prezidentinin ən yaxın şöbə müdirinin 3 milyon mənimsəmə faktınının Baş Prokurorluq tərəfindən aşkarlanması xəbəri yayılıb.
Bir qutu İran xurmasına möhtac buraxılmış evsiz-eşiksiz, zillət içində yaşayan Azərbaycan alim ailəsi!
Digər qütbdə milyonları basıb-yeyən, səadətini rəzalətə və məlanətə könüllü təslim edən haqq yeyənlər, qaniçənlər...
Budurmu Vətən sevgisi, millət sevgisi, dövlət sevgisi, dövlətə, dövlətçiliyə xidmət?!
Sitat: "Baş Prokurorluq bildirir ki, AMEA-da baş verən qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib. İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib." (https://report.az/)
Bu, bizə məlum olan faktdır. Bilmədiyimiz nələr var, bir Allah bilir.
Bu ölkədə cinayət maddələrinə uyğun haqq yeməyi bacaran isalar, musalar, kamallar, kamillər... kimi göz görə-görə ökləni çökdürənlərin qarşısı alınmadıqca xalq ən yaxşı halda həmin dəstəyə qoşulub 179.4 və 308.2-ci kimi maddələrlə cinayət işi açılanlara möhtac olacaq, dövləti içdən oyalayıb çökdürmək işində iştirak edəcək, ya da ən pis halda düşmənə möhtac olacaq. Canından çox sevdiyi uşaqlarının zəruri maddi tələbatını ödəmək üçün iyrənc yollara məcbur edilən və kimsəsiz uşaqlarının yaşaması naminə o alçaqlıq və xəayanətlərlə razılaşan az ailələr görməmişik.
Çarəsiz qalmış vətəndaşı xof basır. O öləcək, uşaqları ortalıqda qalacaq. Niyə? Ona görə ki, hələ də vətəndaşların qayısına qalan müasir sosial dövlət qura bilməmişik. Hətta dövlət vəzifələrinin yuxarı pillələrrini zəbt edən belə titullu-talançı alimlərlə, arzuladığımız dövləti, xoşbəxt cəmiyyəti necə qura bilərik?!
Ən qorxulu odur ki, belə hadisələrə adını alim qoymuş minlərlə adamdan heç bir reaksiya olmadı, çünki qidalandıqları qanlı şəbəkə maraqları buna imkan verimir..."