Вернуться назад Распечатать

ABŞ senatoru Trampa İranla müharibəni tez başa çatdırmağın yolunu təklif edib

ABŞ senatoru Donald Trampa İranla müharibəni tez başa çatdırmağın yolunu təklif edib.

1xeber.media xəbər verir ki,ABŞ senatoru Lindsi Qrəm bildirib ki, Birləşmiş Ştatlar İrana müdaxilə planlaşdırmır.
“Biz onların bizə zərər vurmaq, nüvə silahına sahib olmaq, Amerikaya zərbə endirmək üçün raketlər hazırlamaq və regionu terror altında saxlamaq imkanını məhv edəcəyik.” - senator Fox telekanalının efirində deyib.
O qeyd edib ki, İranın gəlirlərinin 90 faizi neft və qazdan formalaşır, vurğulayıb ki, bu gəlir imkanının hamısı bir adada cəmlənib.
“Cənab prezident Donald Tramp, Xark adasını ələ keçirin - və bu müharibə başa çatacaq.” - Qrəm vurğulayıb.