Вернуться назад Распечатать

“Sepah” bankının fəaliyyətində yaranan irimiqyaslı nasazlıq ölkədə sosial gərginliyi artırıb

İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan “Sepah” bankının fəaliyyətində yaranan irimiqyaslı nasazlıq ölkədə sosial gərginliyi artırıb.

1xeber.media xəbər verir ki,Milli bayram olan Novruz ərəfəsində minlərlə vətəndaş əmanətlərini nağdlaşdıra və əməkhaqlarını ala bilməmək problemi ilə üzləşib. Ölkə boyu bank filiallarına edilən çoxsaylı müraciətlər nəticəsiz qalıb. Müştərilər ödənişlərin tamamilə bloklandığını və administrasiya tərəfindən heç bir aydın izahat verilmədiyini bildirirlər.
Problemin operativ həlli əvəzinə hökumət əlavə inzibati məhdudiyyətlər tətbiq edir. Ekspertlərin fikrincə, bu amil əhalinin həyat səviyyəsinə olan təzyiqi daha da gücləndirir.