Вернуться назад Распечатать

Verilişi bağlanan aparıcıların taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycan teleməkanında bir sıra bayağı verilişlər bağlanıb. Bağlanan verilişlərdən ikisi ATV-də yayımlanan “Bizimləsən” və “Rəngarəng” verilişləri olub.

1xeber.media xəbər verir ki,Modern.az həmin verilişlərin başqa adlarla fəaliyyət göstərib-göstərməyəcəyinı, onların aparıcılarının kanalda qalıb-qalmayacağı ilə bağlı nüansları öyrənmək üçün ATV ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında ATV-nin sözçüsü Özal İbrahim bildirib ki, hələlik verilişlərin bağlanması qərarı verilib, əlavə məlumat olan kimi ictimaiyyətə bildiriləcək:

““Bizimləsən” və “Rəngarəng” verilişlərinin bağlanması kanal rəhbərliyinin daxili qərarıdır. Aparıcıların kanalda  fəaliyyəti ilə bağlı isə hansısa yenilik olsa, bu barədə informasiya veriləcək. Yenə deyirəm, hazırda qərar rəhbərlik tərəfindən verilişlərin bağlanması ilə əlaqədardır".