Вернуться назад Распечатать

ÜST Yaxın Şərqdə nüvə fəlakəti riski barədə xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdə nüvə fəlakəti riski barədə xəbərdarlıq edir.

1xeber.media xəbər verir ki,ÜST nümayəndəsi Hanan Balxinin sözlərinə görə, ABŞ və İsrailin İranın obyektlərinə endirdiyi zərbələr fonunda ən pis ssenari - fəsadları onilliklərlə davam edəcək qəzadır.
Buşəhr AES ətrafındakı vəziyyət xüsusi təhlükə yaradır; onun zədələnməsi zamanı radiasiya Fars körfəzi ölkələrini əhatə edərək regiona yayıla bilər, həmçinin dəniz suyunun duzsuzlaşdırılması qurğularının işinə təsir göstərər.