Вернуться назад Распечатать

İraqdakı İran proksiləri ABŞ səfirliyinə hücumları dayandırıb

İraqdakı İran proksiləri ABŞ səfirliyinə hücumları dayandırıb

1xeber.media xəbər verir ki,İraqda fəaliyyət göstərən silahlı şiə qruplaşmaları ABŞ-ın Bağdaddakı diplomatik nümayəndəliyinə hücumları müvəqqəti dayandırdıqlarını elan ediblər.
"İraqın 'Hizbullah Briqadaları' (Kataib Hizbullah) ABŞ səfirliyinə hücumların beş günlük dayandırıldığını açıqlayıb. Qruplaşma şərt olaraq İsrailin ölkənin cənubundan livanlıların köçürülməsini dayandırmasını və Bağdadın yaşayış məntəqələrinin bombalanmasından imtina edilməsini tələb edib", – deyə "Al Hadath" telekanalı məlumat yayıb.
Atəşkəs qərarı müqəddəs Ramazan ayının başa çatmasını qeyd edən Eyd əl-Fitr (Ramazan bayramı) ərəfəsinə təsadüf edir. Qeyd edək ki, bu qərar martın 14-də səfirlik kompleksinə pilotsuz uçuş aparatı ilə endirilən və ciddi tüstülənməyə səbəb olan zərbədən bir neçə gün sonraya təsadüf edir.