Вернуться назад Распечатать

ABŞ və İsrail İranın hərbi aviasiya parkının hamısını məhv edib

ABŞ və İsrail iki həftə ərzində İranın hərbi aviasiya parkının demək olar ki, hamısını məhv edib
2026-cı ilin mart ayının əvvəlindən ABŞ və İsrail tərəfindən həyata keçirilən iki həftəlik hərbi kampaniya nəticəsində İranın ordu aviasiyasının nəqliyyat təyyarələri və helikopter parkı demək olar ki, tamamilə sıradan çıxarılıb. Zərbələr İsfahan, Tehran, Yəzd, Kirman və Şirazdakı aviabazalara endirilib.
1xeber.media yerli KİV istinadla xəbər verir ki,peyk görüntülərinin təhlili və mənbələrin məlumatına görə, məhv edilənlər arasında aşağıdakılar var:
 Müxtəlif modifikasiyalı bir neçə Boeing 747 və Boeing 707 (nəqliyyat, yanacaqdoldurma, hava komanda məntəqələri), altı ədəd İl-76 nəqliyyat təyyarəsi, on iki ədəd C-130 təyyarəsi.
 
İsfahanda yerləşən 48 ədəd Bell 214A helikopteri və 34 ədəd ağır nəqliyyat helikopteri olan CH-47C Chinook.
 İran HHQ-nin qırıcı və təlim təyyarələri parkının böyük hissəsi.
Bir çoxu hələ şah dövründə alınmış və zəlzələlər, daşqınlar zamanı xilasetmə əməliyyatlarında mühüm rol oynamış bu hava gəmiləri tamamilə fəaliyyətsiz hala gətirilib.