Altı ölkə Hörmüz boğazında təhlükəsizliyi təmin etməyə hazır olduqlarını bəyan edib.
1xeber.media xəbər verir ki,Böyük Britaniya Fransa, Almaniya, İtaliya, Niderland və Yaponiya ilə birlikdə “Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunmasına” töhfə verməyə hazır olduqlarını bildirib.
Müvafiq qərar Böyük Britaniya hökumətinin saytında dərc olunub.
Birgə bəyanatda ölkələr “İranın silahsız kommersiya gəmilərinə, mülki enerji infrastrukturuna hücumlarını və boğazın faktiki blokadasını” qəti şəkildə pisləyiblər.
Dövlətlər Tehrandan dərhal təhdidləri dayandırmağı, minaların yerləşdirilməsini, pilotsuz aparat və raket hücumlarını dayandırmağı, həmçinin BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə əməl etməyi tələb ediblər.
Vurğulanıb ki, beynəlxalq gəmiçiliyə müdaxilə beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid yaradır.