Rusiya dünyanın ən bədbəxt ölkələri reytinqində Venesuela səviyyəsinə düşüb
1xeber.media xəbər verir ki,bu barədə Moscow Times nəşri məlumat yayıb.
Rusiya 2025-ci ilin yekunlarına görə BMT ekspertləri və Gallup tədqiqat mərkəzi tərəfindən hazırlanan beynəlxalq “xoşbəxtlik reytinqi”ndə 147 ölkə arasında 79-cu yerə geriləyib.
İl ərzində 13 pillə itirən Rusiya son 11 ilin müşahidələri ərzində ikinci ən pis nəticəni göstərib (daha aşağı nəticə yalnız 2021-ci ildə qeydə alınıb).
Ölkə Venesuela (80-ci yer), Liviya (81-ci yer) və Boliviya (78-ci yer) kimi dövlətlərlə eyni səviyyədə qərarlaşıb.