Вернуться назад Распечатать

İtaliya Qətər qazına alternativ olaraq Azərbaycana yönəlir 

İtaliya Qətər qazına alternativ olaraq Azərbaycana yönəlir 

1xeber.media xəbər verir ki,bu barədə  Reuters agentliyi məlumat yayıb.

İtaliyanın energetika naziri Cilyberto Piketto Fratinin sözlərinə görə, ölkə Qətərdən qaz tədarükündə yaranan problemlər fonunda ABŞ, Azərbaycan və Əlcəzair də daxil olmaqla bir sıra dövlətlərlə alternativ təchizat imkanlarını müzakirə edir.
 Nazir bildirib ki, İranın Qətərin qaz infrastrukturuna zərbələri sahədə ciddi fasilələrə səbəb olub.
 “Qətərdə əvvəllər dayandırılmış LNG zavodunun da bombardmana məruz qalması qiymətlərə dağıdıcı təsir göstərib”, - deyə Reuters nazirə istinadən yazır.
Fratin vurğulayıb ki, mövcud vəziyyətə baxmayaraq, İtaliya Avropa İttifaqı ilə birlikdə Rusiya qazının alınmasına qayıtmağı nəzərdən keçirmir.