İranın yeni rəhbərliyinin rəsmi sənəd dövriyyəsindəki qəribəliklər internet istifadəçilərinin diqqətindən yayınmayıb.
Hələ də kameralar qarşısına keçməyən Müctəba Xamenei PDF formatında ikinci yazılı müraciətini yayımlasa da, onun “shəxsi” imzası ciddi suallar doğurub.
1xeber.media yerli KİV istinadla xəbər verir ki,iki həftə əvvəlki ilk sənədlə bugünkü müraciətdəki imzalar müqayisə edilərkən onların mütləq şəkildə eyni olduğu aşkar edilib. Sənədlərdən birində fotokopiya izləri aydın görünür - imzalar ən kiçik detallarına qədər eynidir ki, bu da kağızların canlı imzalanması zamanı praktiki olaraq qeyri-mümkündür.
Yeni liderin ictimaiyyət qarşısına çıxmaması və onun adından eyni ştamplanmış avtoqraflarla faylların göndərilməsi faktı, Müctəba Xameneinin ölümü və ya vəziyyətinin kritik olması barədə şayiələri daha da gücləndirir.