1xeber.media xəbər verir ki,ABŞ prezidenti Donald Tramp Novruz bayramı münasibətilə təbrik mesajı yayımlayıb.
“Bu gün Novruz bayramını qeyd edən bütün amerikalılara ən xoş arzularımı çatdırıram. Novruz İran yeni ilinin başlanğıcı, baharın gəlişi bayramı və işığın qaranlıq üzərində əbədi qələbəsinin rəmzidir. Bu qədim bayram hər il bizə yeni başlanğıcların gücünü xatırladır.
Yaxın Şərqdəki missiyamızı davam etdirdiyimiz bir vaxtda, bu Novruzun Amerikada və bütün dünyada sülhün və insan ləyaqətinin yayılmasına vəsilə olmasını, gələcək ilin bərəkətlə dolu keçməsini diləyirəm.
Novruz Piruz!” (fars dilindən hərfi tərcümədə “Qalib Yeni il”)