Вернуться назад Распечатать

“Üçüncü dünya müharibəsi artıq başlayıb, sadəcə hələlik heç kim bunu elan etməyib”

“Üçüncü dünya müharibəsi artıq başlayıb, sadəcə hələlik heç kim bunu elan etməyib”

1xeber.media xəbər veroir ki,bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç danışıb.

“Berliner Zeitung” qəzetinə müsahibəsində Vuçiç bildirib ki, bəlkə də müharibə artıq başlayıb, sadəcə biz hələ rəsmi olaraq bu barədə danışmırıq. Onun sözlərinə görə, neft, qaz, faydalı qazıntılar, nadir metallar və digər xammallar uğrunda mübarizə çoxdan başlayıb.
Serbiya lideri qeyd edib ki, Birinci və İkinci dünya müharibələri də regional münaqişələrlə başlayıb, daha sonra isə birbaşa toqquşmaya girən böyük ittifaqlar formalaşıb. O, bu gün də bənzər dinamikanın müşahidə olunduğunu diqqətə çatdırıb.
Vuçiç eskalasiyadan yayınmağın mümkün olacağına ümid etdiyini bildirsə də, buna gedən sadə bir yol görmədiyini etiraf edib.