İran Yaxın Şərqdəki ABŞ bazalarına ən azı 800 milyon dollar məbləğində ziyan vurub.
1xeber.media xəbər verir ki,bu barədə BBC Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin hesabatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, İran zərbələrini əsasən Hava Hücumundan Müdafiə sistemləri və peyk rabitəsi obyektləri üzərində cəmləşdirib. Əsas zərər THAAD sistemlərinə, AN/TPY-2 radarlarına, həmçinin Yaxın Şərqdəki Amerika hərbi bazalarındakı tikililərə və digər infrastruktura dəyib.
Eyni zamanda vurğulanır ki, ziyanın böyük hissəsi eskalasiya başladıqdan sonrakı bir həftə ərzində İranın həyata keçirdiyi ilkin cavab zərbələri nəticəsində yaranıb.