Səudiyyə Ərəbistanı Kral Fəhd aviabazasını ABŞ qoşunları üçün açıb
1xeber.media xəbər verir ki,bu barədə MEE nəşri məlumat paylaşıb.
Nəşr yazır ki, bölgədə daha çox ABŞ hərbçisi yerləşdiriləcək. Bundan əlavə, BƏƏ uzunmüddətli müharibəyə (9 aya qədər) hazır olduqlarına dair siqnal verib.
ABŞ Saudiya Ərəbistanının hücum əməliyyatlarına qoşulması üçün təzyiq göstərir.
Rəsmilər bildirirlər ki, Ər-Riyadda əhval-ruhiyyə "İranı cəzalandırmaq üsulu kimi ABŞ-ın müharibəsini dəstəkləməyə" doğru dəyişib, lakin hər iki dövlət ehtiyatlı davranır və birbaşa hücum iştirakının "problem yarada biləcəyi" barədə xəbərdarlıq edir.