Hazırda həbsdə olan Milli Şuranın üzvü Tofiq Yaqubludan xəbər var.
1xeber.media "Unikal"-a istinadən xəbər verir ki, T.Yaqublu aclıq aksiyasını dayandırıb.
Qeyd edək ki, o, 26 gündür aclıq aksiyası keçirirdi.
Xatırladaq ki, Tofiq Yaqublu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilib.