İran Hind okeanındakı Dieqo Qarsiyadakı Britaniya-Amerika bazasına hücum etməklə Avropaya bir mesaj göndərib.
1xeber.media xəbər verir ki, bu barədə Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Diesen "X" sosial media səhifəsində yazıb.
"İran əvvəllər düşünüləndən daha güclü raket qabiliyyətinə malikdir. Əgər İran Dieqo Qarsiyanı vurmaq iqtidarındadırsa, deməli, Avropa da hədəfin əhatə dairəsindədir", - deyə o qeyd edib.
Bu fonda Diesen diplomatiyaya və münaqişənin gərginliyinin azaldılmasına çağırdı.
Bundan bir müddət əvvəl Britaniya Müdafiə Nazirliyi İranın "ehtiyatsız hücumlarının" Britaniya maraqlarına təhdid olduğunu bildirmişdi.
Martın 21-də İslam Respublikası hakimiyyəti Hind okeanındakı Dieqo Qarsiya adasındakı Britaniya-Amerika bazasına iki ballistik raket atdığını təsdiqləyib.