Вернуться назад Распечатать

İrana hücumlardan sonra minlərlə insan London küçələrinə çıxdı

Minlərlə insan Londonun mərkəzində ABŞ-ın İrana zərbələrinə qarşı etiraz edir.

1xeber.media xəbər verir ki, iştirakçılar Rassel Meydanında toplaşıb və sonra hökumət məhəlləsinə doğru yürüş ediblər.

Etiraz Fələstin Həmrəylik Kampaniyası tərəfindən təşkil edilib və ona müharibə əleyhinə "Müharibəni dayandır" və "Nüvə Silahsızlanması Kampaniyası" hərəkatları da qoşulub. Etirazçılar İran bayraqları və zərbələrə və hərbi əməliyyatlara son qoyulmasına çağıran plakatlar daşıyırlar.

Yürüş zamanı iştirakçılar ABŞ və müttəfiqlərinin Yaxın Şərqdəki siyasətindən narazılıqlarını bildirərkən "İrandan əl çəkin" və "bombalamağı dayandırın" kimi şüarlar səsləndirilir. Nümayiş bölgədə davam edən gərginlik fonunda keçirilir.

Daha əvvəl Ağ Evin qarşısında ABŞ-ın İrandakı əməliyyatına qarşı etiraz aksiyası keçirildiyi bildirilirdi.