Вернуться назад Распечатать

Zelenski Rusiyada “Telegram”ın qadağan olunmasını məsxərəyə qoyub

“Biz “Max”a da çatacağıq”: Zelenski Rusiyada “Telegram”ın qadağan olunmasını lağlağı edib.

“Sözsüz ki, Rusiya və onun xüsusi xidmət orqanları Ukraynada “Telegram” vasitəsilə işləyirdilər və işləyirlər. Biz bunu bilirik, aşkar edirik və buna qarşı mübarizə aparırıq. Açığını desəm, biz də Rusiya daxilində “Telegram” vasitəsilə işləyirik. Onun fəaliyyətinin məhdudlaşdırılması səbəbindən Rusiya cəmiyyətinə siqnallar ötürmək daha çətin olacaq. Lakin mənə onların yeni şəbəkəsi olan “Max” barədə məruzə edilib. Biz “Max”a da çatacağıq” - deyə Ukrayna prezidenti bildirib.
Onun sözlərinə görə, total nəzarət məqsədilə Rusiyada sosial şəbəkələrin və mobil rabitənin əlçatanlığının məhdudlaşdırılması geriyə doğru atılmış bir addımdır.
“Özü də 100 il geriyə. Onlar, prinsip etibarilə, tezliklə kağız poçta, teleqrafa və atlara keçə bilərlər” - deyə Ukrayna lideri qeyd edib