Вернуться назад Распечатать

SEPAH İsrailin “F-16” qırıcısını vurduğunu iddia edir

SEPAH İranın mərkəzi hissəsi üzərində İsrailin “F-16” qırıcısını vurduğunu iddia edir.

1xeber.media xəbər verir ki,İran tərəfinin bəyanatına görə, bu, müharibə başlayandan bəri vurulan artıq üçüncü İsrail Hərbi Hava Qüvvələri təyyarəsidir.
Cümə axşamı SEPAH ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 5-ci nəsil “F-35” təyyarəsinin ilk dəfə məhv edildiyini bəyan etmişdi. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə təyyarənin Amerika bazasına “qəza enişi” etdiyini və “hadisə ilə bağlı araşdırma” aparıldığını bildirmişdi.