Вернуться назад Распечатать

Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş

Xəbər verdiyimiz kimi, Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda limandakı yaxtaların birində güclü yanğın baş verib.

1xeber.media-nın  məlumatına görə, gecə saatlarında meydana gələn yanğın sürətlə yayılıb.

Nəticədə dəyəri milyonlarla dollar məbləğində olan 8 yaxta yanaraq kül olub.

Teleqraf bildirir ki, yanan yaxtalar “Socar Trading”in təsisçisi və keçmiş prezidenti Anar Əlizadəyə məxsus olub.

Qeyd edək ki, Anar Əlizadə həm də Rövnəq Abdullayevin dayısı oğludur.