Вернуться назад Распечатать

Bu gün ABŞ-la danışıqlar keçiriləcək

Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Mayami şəhərində keçirilən görüş başa çatıb, danışıqlar martın 22-də davam etdiriləcək.

1xeber.media  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında məlumat verib.

O bildirib ki, Ukrayna nümayəndə heyəti artıq ABŞ-dadır və ilk görüş baş tutub. ABŞ tərəfini Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner təmsil edir.

“Komandalar dialoqu davam etdirəcəklər”, – Zelenski qeyd edib.