Вернуться назад Распечатать

Tramp İrana 48 saat vaxt verdi

ABŞ  Prezidenti Donald Tramp  Hörmüz boğazını açmaq üçün İrana 48 saat vaxt verib. Əks təqdirdə ölkənin iri elektrik stansiyalarını məhv etməklə hədələyib.

1xeber.media xəbər verir ki, bu barədə Ağ Ev  rəhbəri “Truth Social” hesabında yazıb.

“Əgər İran təhdidlərdən çəkinərək Hörmüz boğazını 48 saat ərzində tamamilə açmasa, Amerika Birləşmiş Ştatları onun müxtəlif elektrik stansiyalarını məhv edəcək. Və ilk olaraq ən böyüyündən başlayacaq”, — Tramp  bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp  sosial media hesabında ABŞ-ın “İranı xəritədən sildiyini” yazıb. O, İranda hədəflərinə çatmaması barədə iddiaları təkzib edərək bildirib: 

“Hədəfimə çatmışam, özü də planlaşdırılan bir neçə həftə əvvəl. Onların rəhbərliyi öldürülüb, donanması, hərbi hava  qüvvələri məhv edilib, tamamilə müdafiəsiz qalıblar və razılaşma istəyirlər. Mən isə istəmirəm”.