Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda iki bina çöküb.
1xeber.media xəbər verir ki, əraziyə xilasedicilər, təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub.
Dağıntılar altında beş nəfərin qaldığı bildirilir. Məlumata görə, onlardan üçü xilas olunub.
Hadisənin qaz partlayışından baş verdiyi qeyd olunur.