Finlandiya prezidenti Aleksandr Stubb ABŞ-ın Yaxın Şərqdəki hərəkətlərinə münasibət bildirərək, ölkənin xeyirxah hegemon olduğu dövrün bitdiyini bildirib.
1xeber.media xəbər verir ki, siyasətçi öz fikrini Britaniyanın "The Telegraph" qəzetinə verdiyi müsahibədə bölüşüb.
O bildirib ki, keçmişdə ABŞ Liviya, İraq və Əfqanıstana müdaxilə etməzdən əvvəl müttəfiqləri ilə məsləhətləşib və həmçinin BMT Təhlükəsizlik Şurasından bu hərəkətlərin təsdiqini istəyib.
"Bu uğursuz olduqda, onlar müttəfiqləri ilə birlikdə hərəkətə keçiblər. Bu dəfə ABŞ müttəfiqlərinə məlumat vermədən təkbaşına və ya İsraillə birlikdə hərəkət edib. (...) Düzgün sifət tapa bilmirəm, amma bu, hegemonluğun fərqli bir növüdür. Onlar (ABŞ – Lenta.ru qeydi) hələ də çox güclüdürlər. Onlar müttəfiqlərinə eyni dərəcədə etibar etmirlər", - Stubb bildirib.
Əvvəllər Finlandiyanın Ukraynaya yardım göstərmək şərti ilə İranda Trampa kömək edəcəyinə söz verdiyi bildirilirdi. Stubb bu məsələ ilə bağlı ABŞ ilə mümkün danışıqları "yaxşı fikir" adlandırıb.