Вернуться назад Распечатать

ABŞ-Avropa münasibətlərindəki parçalanmanın səbəbi müəyyən edilib

ABŞ və Avropa İttifaqı (AB) arasındakı münasibətlərdəki çatın səbəbi müəyyən edilib.

1xeber.media xəbər verir ki, Amerikaşünaslıq üzrə ekspert Malek Dudakov bu barədə Gazeta.Ru ilə danışıb.

Ekspertin sözlərinə görə, bu, ABŞ prezidenti Donald Trampın ticarət müharibələri və Qrenlandiyanı ilhaq etmək istəyi ilə bağlı olub. O əlavə edib ki, eyni səbəblər Avropanı Yaxın Şərq münaqişəsində ABŞ-a kömək etməkdən imtina etməyə sövq edib.