Вернуться назад Распечатать

33 yaşlı müharibə veteranı vəfat etdi

Lənkəranın Cil kəndində Vətən müharibəsi qazisi vəfat edib.

1xeber.media xəbər verir ki, 33 yaşlı kapitan Aqil Nuriyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan A.Nuriyev Bakı şəhərində yerləşən xəstəxanalardan birində xərçəngdən müalicə olunurdu. O, tibb müəssisəsində vəfat edib.

Mərhumun nəşi bu gün doğulduğu kənddə dəfn olunub.